“Sabah”la matçın Latviya yığması ilə oyuna hansısa təsiri olmadı”

Azərbaycan millisi sabah yoxlama oyunu çərçivəsində Macarıstan yığması ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, “Liv Bona Dea Arena”da baş tutacaq matçdan bir gün əvvəl Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib. Konfransa millinin və “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə də qatılıb:

“Macarıstan millisi kifayət qədər yaxşı komandadır. Onlara qarşı yaxşı oyun göstərməyə çalışacağıq.

“Sabah”la matçın Latviya yığması ilə oyuna hansısa təsiri olmadı. Yorğun deyildik, bərpa olunmaq üçün kifayət qədər vaxtımız var idi”.

Oyunun start fiti saat 20:00-da səslənəcək. Azərbaycan millisinin ötən günlərdə səfərdə Latviya yığması ilə keçirdiyi yoxlama oyununda 0:0 hesablı heç-heçə qeydə alınıb.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button