“Sabah”la matçda daha sürətli oyuna şahidlik edəcəksiniz” – Velaskes

Bolqarıstanın “Levski” komandasının baş məşqçisi Xulio Velaskes “Sabah”a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu gün keçirilmiş mətbuat konfransında Bakıya qələbə üçün gəldiklərini söyləyib:

“İlk oyunda son dəqiqə qolu ilə qələbə qazandıq. Rəqibə hörmətlə yanaşırıq. Çətin görüş olacaq. Qələbə seriyamızı davam etdirmək istəyirik. “Sabah” yaxşı komandadır. Heyətlərində keyfiyyətli futbolçular var.

Əsas məqsədimiz meydanın özümüzə aid olan hissəsində topa sahib olmaqdır. Çalışacağıq ki, rəqib komandanı meydanın özlərinə aid olan hissəsində saxlayaq. Sabahkı matçda daha sürətli oyuna şahidlik edəcəksiniz”.

“Sabah” – “Levski” görüşü avqustun 14-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək. Bolqarıstanda baş tutan ilk qarşılaşmada meydan sahibləri bir cavabsız qolla qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button