“Sabah”la “Bazel” arasında keçiriləcək oyunların hakimləri açıqlanıb
Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək “Sabah”ın U-19 komandasının Çempionlar yolunun ikinci təsnifat mərhələsində İsveçrə “Bazel”i ilə keçirəcəyi oyunların hakimlər briqadası açıqlanıb.
Komanda.az xəbər verir ki, UEFA oktyabrın 23-də Bazeldəki görüşə xorvatiyalı, noyabrın 6-da Bakıdakı matça isə qazaxıstanlı baş hakimi təyin edib.
Səfərdəki qarşılaşma saat 21:00-da, Bakıdakı görüş isə saat 18:00-da başlayacaq.
23 oktyabr
21:00. Bazel – Sabah
Baş hakim: Patrik Kolarić
Baş hakimin köməkçiləri: Luka Pajić, Ivan Starčević (hamısı Xorvatiya)
Dördüncü hakim: Hajrim Qovanaj (İsveçrə)
“St. Yakob-Park” stadionu.
6 noyabr
18:00. Sabah – Bazel
Baş hakim: Omarov Rustam (Qazaxıstan)
Baş hakimin köməkçiləri: Alexey Dolgikh, Dmitriy Belogradov (hamısı Qazaxıstan)
ASCO Arena
Bizi Facebook-da izləyin