“Sabah”ın zədəli futbolçusunun durumuna aydınlıq gəldi
Azərbaycan Premyer Liqasının 11-ci turunda “Neftçi” ilə oyunda zədələnən “Sabah”ın futbolçusu Aleksey Kaşukun durumuna aydınlıq gəlib.
“Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun Komanda.az-a verdiyi məlumata görə, MRT müayinəsinin nəticəsinə əsasən, 22 yaşlı oyunçuda hansısa qırıq aşkarlanmayıb.
Hazırda ukraynalı oyunçunun müalicəsi davam etdirilir. Kaşukun növbəti qarşılaşmaya kimi hazır olub-olmayacağı hələlik məlum deyil.
“Sabah” səfərdə “Neftçi”yə 3:2 hesabı ilə qalib gəlib. Kaşuk zədələndiyi üçün 77-ci dəqiqədə yerini İldar Alekperova verib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin