“Sabah”ın yeni transferi: “Seçimimdə bu faktorun rolu daha böyük oldu”

“Sabah”ın yeni transferi Səlahət Ağayev klubun rəsmi saytına açıqlama verib.

Komanda.az xəbər verir ki, 30 yaşlı qapıçı, “Sabah”a keçdiyi üçün xoşbəxt olduğunu bildirib:

“Sabah”a gəldiyimə görə çox şadam. Bu, mənim üçün yeni çağırışdır. Klubun rəhbərliyi və baş məşqçisi tanıdığım və hörmət etdiyim insanlardır. Seçimimdə bu faktorun rolu daha böyük oldu. Gənc və iddialı baş məşqçimiz, keyfiyyətli futbolçularımız var. İnanıram ki, birlikdə əlimizdən gələnin ən yaxşısını edib, sonda arzuladığımız uğurları qazanacağıq”.

“Sabah” son klubu “Neftçi” olan Səlahət Ağayevlə bir illik müqavilə bağlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button