“Sabah”ın yeni transferi Azərbaycanın yalnız bir klubunu tanıyırmış – Müsahibə

“Sabah” klubunun yeni transferi Coy-Lens Mikelsin Komanda.az saytına müsahibəsi:

  • Yeni klubun “Sabah” və Bakı ilə bağlı ilk təəssüratların necədir?
  • Bura gəldiyim ilk gündən özümə olan xoş münasibət məni yaxşı mənada təəccübləndirdi. Çox yaxşı qarşılandım. “Sabah” özünü bir futbolçu kimi inkişaf etdirmək baxımından həqiqətən çox yaxşı və gözəl klubdur.
  • Azərbaycanı seçməyinin əsas səbəbləri nə idi və başqa hansı ölkələrdən təkliflərin var idi?
  • Mənə Almaniya, Niderland, Malta və Rumıniya klublarından təkliflər var idi. Lakin “Sabah”dan gələn təklif daha real idi. Bundan əlavə, bütün karyeram ərzində Avropada çıxış etmişəm. Azərbaycan da Avropa ölkəsidir, lakin fərqli mədəniyyətə sahibdir. Özümü daha fərqli bir yerdə sınamaq istədim. Fikrimcə, “Sabah”da oynamaq mənim üçün yeni çağırışdır. Bakı isə həqiqətən, dünyada gördüyüm ən mükəmməl şəhərlərdən biridir.
  • Daha əvvəl bu klub və Azərbaycan futbolu haqda məlumatın var idimi?
  • Düzünə qalsa, ətraflı məlumatım yox idi. Yalnız “Qarabağ” barədə eşitmişdim.
  • Ötən mövsüm “De Qrafşap”ın heyətində Niderlandın 2-ci liqasında mübarizə aparmısan. Hazırda komanda yoldaşın olan Ozan Can Kökçü də ötən mövsüm “Telstar”la bu çempionatda çıxış edib. Onunla danışıb, məsləhətləşmisənmi?
  • Gəlməmişdən əvvəl bu barədə söhbətimiz olmamışdı. Ozanla hələ Niderlandda oynayanda üz-üzə gəlmişdik. “Sabah”a gəldikdən sonra onunla əvvəlki oyunlarımız barədə danışdıq. Hansı ki, mənim komandam qalib gəlmişdi (gülür). İndi Ozanla eyni komandada rəqiblərə qarşı oynamaq bir qədər həyəcanlıdır.
  • Daha əvvəl Almaniyada və Niderlandda aşağı liqalarda çıxış etmisən. Azərbaycana gəlməyi irəli, yoxsa geri addım hesab edirsən?
  • Azərbaycan çempionatının hansı səviyyədə olduğunu bilmədiyimdən, bu cür müqayisə apara bilməyəcəm. Lakin bir futbolçu kimi onu deyə bilərəm ki, hər oyunun, hər çempionatın öz çətinliyi var. Komandamın qalib gəlməsi üçün hər oyunda əlimdən gələnin ən yaxşısını ortaya qoyacam.
  • Hədəflərin nələrdir?
  • Əsas məqsədim meydanda maksimum faydalı olmaq və komandamın uğurlarında əsas pay sahiblərindən birinə çevrilməkdir. Bundan başqa, “Sabah”la mümkün olan ən yaxşı nəticəni qazanmaq istəyirəm.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button