
“Sabah”ın yeni baş məşqçisi kim olacaq? – Açıqlama
“Sabah” ötən günlərdə rusiyalı baş məşqçi Vasili Berezutski ilə yollarını ayırdı.
Komanda.az-ın əldə etdiyi məlumata görə, yeni baş məşqçi də əcnəbi mütəxəssis olacaq.
Məsələ ilə bağlı Masazır təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla əlaqə saxladıq. Klub rəsmisi Komanda.az-a açıqlamasında yeni baş məşqçi ilə bağlı detallı məlumat verə bilməyəcəyini deyib:
“Baş məşqçi seçimi prosesi davam edir. Yaxın günlərdə mövzu ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək”.
“Sabah” son mövsümdə tarixində ilk dəfə ölkə kubokuna yiyələnməklə, UEFA Avropa Liqasına vəsiqə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



