“Sabah”ın yeni baş məşqçisinin adı Komanda.az-da

“Sabah” bu gün xorvatiyalı mütəxəssis Krunoslav Renduliçlə yollarını ayırdığını bəyan edib.

Komanda.az saytının əldə etdiyi məlumata görə, artıq “Sabah”ın yeni baş məşqçisinin adı məlumdur. Masazır təmsilçisi Çinin “Şanxay Şenxua” klubunun məşqçisi Vasili Berezutski ilə anlaşıb. Klub yeni baş məşqçisinin adını bu gün və ya sabah rəsmən açıqlayacaq.

42 yaşlı Berezutski məşqçi kimi “Vitess”, “Krosnadar”, ÇSKA klublarında da çalışıb. O, futbolçu kimi ÇSKA və Rusiya millisindəki çıxışı ilə tanınıb.

14 turun nəticələrinə əsasən, “Sabah” Azərbaycan çempionatının turnir cədvəlində 19 xalla beşinci yerdədir. Növbəti turda “Sabah” “Səbail”i qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button