Ozan Canın qardaşı milli komanda seçimini etdi
“Sabah”ın və 21 yaşadək fuitbolçulardan ibarət Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün qardaşı Orkun Kökçünun hansı yığmanın formasını geyinəcəyi bəlli olub.
Komanda.az xəbər verir ki, Hollandiyanın “Feyenoord” klubunda çıxış edən yarımmüdafiəçi bu barədə özü açıqlama verib. Orkun, Türkiyə milli komandasında forma geyinmək istədiyini deyib.
Hollandiya və Türkiyə vətəndaşlığı olan Orkun Kökçü daha əvvəl qardaşı kimi Azərbaycan millisini seçəcəyini istisna etməmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin