“Müharibə futbola da təsir edir” – Ramil Şeydayev
“Sabah”ın və Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayev Rusiyanın “spbdevnik.ru” saytına müsahibə verib.
Komanda.az 24 yaşlı futbolçunun müsahibəsini təqdim edir:
- Azərbaycan çempionatında vəziyyət necədir?
- Bakının “Sabah” klubundayam. Çempionat artıq başlayıb, uyğunlaşmağa ehtiyacım yoxdur, çünki bu çempionat mənə tanışdır. Heç bir problem yoxdur.
- Azərbaycanda müharibə vəziyyətidir. Bu, futbola təsir edirmi?
- Əlbəttə, müharibə futbola da təsir edir, bütün insanlar narahatdır və bu haqda düşünürlər.
- İndi sizi Sankt-Peterburqa bağlayan nəsə var?
- Hər şeydən əvvəl ailəm. Həyatım boyunca Sankt-Peterburqda yaşamışam, bütün tanışlarım və dostlarım ordadır. “Zenit” karyeramın ən önəmli klubudur, orada futbola başlamışam. “Zenit”lə bağlı unudulmaz xatirələrim var.
- Vladislav Radimovun futbolda və həyatınızda əsas məsləhətçilərinizdəndir. O, sizə vətəndaşlığınızı dəyişməyi tövsiyyə etmişdi, ancaq siz öz bildiyinizi etdiz və Azərbaycan millisini seçdiz.
- Bəli, o mənə çox şey öyrədib. Çoxu Azərbaycan yığmasını seçməyimə qarşı idi. Bəlkə də, hansısa kluba keçməyim düzgün deyildi, amma bu, yığmaya heç cür şamil edilə bilməz. Azərbaycan millisində həqiqətən də xoşbəxtəm.
- Karyeranda “Zenit”dən başqa, “Jilina”, “Qarabağ”, “Krılya Sovetov”, “Dinamo” (Moskva) kimi klublarda da çıxış etmisən…
- İcarədə olduğum “Jilina”da hər şey yaxşı gedirdi. Deyə bilmərəm ki, bu, həyatımın ən yaxşı dövrü idi, amma pis formada deyildim, qollar vururdum. Amma Slovakiyada gündəlik həyata uyğunlaşmaq çox çətin idi. Azərbaycanda isə mənə daha rahatdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin