“Sabah”ın üzvləri Madriddən kubokla qayıtdı
İspaniyanın paytaxtı Madriddə baş tutan “Dostluq üçün futbol” (Football for friendship) sosial layihəsində iştirak edən “Sabah”ın üzvləri vətənə kubokla dönüblər.
Komanda.az xəbər verir ki, bu barədə “Sabah” klubunun rəsmi saytı məlumat yayıb.
“Sabah”ın qapıçısı Ayxan Əlizadənin çıxış etdiyi “Antiguan Racer” komandası turniri çempion kimi başa vurub. Digər futbolçulardan Babamirzə Mehdiyevin komandası mübarizəni qrup mərhələsində, Fatimə Məhərrəmlinin oynadığı komanda isə yarımfinalda dayandırıb.
“Sabah”ın U-12 komandasının məşqçisi Samir Əbdürəhmanov “Dostluq üçün futbol beynəlxalq məşqçilər akademiyası”nın təlimlərində fəal iştirak etdiyi üçün təşkilatçılar tərəfindən xüsusi diplomla təltif edilib.
“Sabah”ın Madridə yollanan üzləri iyunun 1-də, Madridin “Vanda Metropolitano” stadionunda Çempionlar Liqasının final görüşünü canlı izləyiblər.
Bizi Facebook-da izləyin