“Sabah”ın UEFA Gənclər Liqasındakı rəqibi məlum olub

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək “Sabah”ın rəqibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, mübarizəyə ikinci mərhələdən başlayacaq Bakı komandası İsveçrə təmsilçisi “Bazel”lə qarşılaşacaq.

İlk oyun oktyabrın 23-də səfərdə, cavab görüşü isə noyabrın 6-da Bakıda baş tutacaq.

İki qarşılaşmanın nəticəsinə əsasən üstün olan tərəf üçüncü mərhələdə “Braqa” (Portuqaliya) – “Rapid” (Avstriya) cütünün qalibi ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button