
“Sabah”ın U-10 komandası beynəlxalq turnirdə ikinci oldu
“Sabah”ın U-10 komandası Avstriyanın Trayskirxen şəhərində keçirilən “Eurocup Trophy 2025” beynəlxalq futbol turnirində iştirak edib.
Komanda.az xəbər verir ki, turnir iki günü əhatə edib. İlk gündə keçirilən turnirdə təmsilçimiz Avstriyanın “Soccer School Wien” (2:1), “FCM Traiskirchen” (3:1), Serbiyanın “Fortuna Pancevo A” (3:1), Almaniyanın “SC Theresienfield” (5:0) komandalarını məğlub edib. Həlledici görüşdə “FCM Traiskirchen”ə məğlub olan (2:3) “Sabah” turnirin ilk gününü ikinci pillədə başa vurub.
Aydın Manaflının baş məşqçisi olduğu komanda növbəti gün keçirdikləri oyunlarda Avstriyanın “Soccer School Wien” (2:1), “Inzersdorf” (7:0), Serbiyanın “Fortuna Pancevo A” (4:1) və “Fortuna Pancevo B” (4:0) komandalarını məğlub edib. Final oyununda yenidən “Fortuna Pancevo A” ilə qarşılaşan “Sabah” 1:2 hesabıyla məğlub olaraq, yekunda ikinci yeri tutub.
Bizi Facebook-da izləyin


