![](https://komanda.az/wp-content/uploads/2024/09/sabah-780x470.jpg)
“Sabah”ın tarixində ilk
“Sabah” tarixində ilk dəfə Azərbaycan kubokunun ev oyununda heç-heçə edib.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, 1/4 final mərhələsində “Sumqayıt”la matçda yaşanıb.
Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
Bu, həm də “Sabah”ın tarixinə evdəki 10-cu kubok görüşü kimi düşüb. Əvvəlki 9 oyunda heç-heçə qeydə alınmayıb. Hesabında 3 qələbə olan Bakı klubu 6 dəfə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin