“Sabah”ın tarixinə düşən serbiyalı
“Sabah” Premyer Liqada 100-cü ev qoluna imza atıb.
Komanda.az xəbər verir ki, yubiley qolunun müəllifi Boyan Letiç olub.
Serbiyalı oyunçu Azərbaycan Premyer Liqasının 3-cü turunda fərqlənib. 30 yaşlı müdafiəçi “Neftçi” ilə görüşdə (1:1) komandasının yeganə qoluna imza atıb.
2018/19 mövsümündən Premyer Liqada mübarizə aparan “Sabah” 100-cü qolu 71-ci matçda vurub. Paytaxt klubunun orta məhsuldarlığı 1,41-dir.
“Sabah” çempionatın tarixinə öz meydanında 100 və daha çox qol vuran 22-ci komanda kimi düşüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin