“Sabah”ın şikayəti təmin edilmədi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Sabah” klubunun apellyasiya şikayətini təmin etməyib.

Komanda.az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, İntizam Komitəsinin sentyabrın 9-da paytaxt təmsilçisi barədə 1600 manat məbləğində cərimə cəzası qüvvədə saxlanılıb.

“Sabah” azarkeşləri Misli Premyer Liqasının 5-ci turunda “Səbail”lə qolsuz heç-heçə etdikləri qarşılaşmada meydana kənar əşyalar atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button