“Sabah”ın sabiq baş məşqçisi Rusiyada ən yaxşı seçildi

“Sabah”ın sabiq baş məşqçisi, hazırda “Krasnodar”ı çalışdıran Murad Musayev Rusiya Premyer Liqasında azarkeşlərin səsverməsinə əsasən 2024/2025 mövsümünün ən yaxşı məşqçisi seçilib.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqanın (RPL) mətbuat xidməti məlumat yayıb.

RPL-in saytında keçirilən səsvermədə Musayev bütün rəqiblərini üstələyib.

İkinci və üçüncü yerləri müvafiq olaraq Moskva ÇSKA-sından Marko Nikoliç və “Akron”dan Zaurbek Tedeyev tutublar.

“Krasnodar” Musayevin rəhbərliyi altında 2024/2025 mövsümünün qalibi olub. Komanda tarixində ilk dəfə Rusiya çempionu adını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button