![](https://komanda.az/wp-content/uploads/2024/06/stav-nahmani-scarf-780x470.png)
“Sabah”ın rəqibi forvardı ilə vidalaşıb
“Sabah”ın Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci turundaki rəqibi İsrailin “Makkabi” klubu hücumçularından biri ilə yollarını ayırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Stav Naxmani Hayfa klubunun sıralarını tərk edib. O, ötən mövsümü icarə əsasında keçirdiyi İsrailin “Aşdod” klubu ilə 2 illik müqavilə imzalayıb.
“Sabah” və “Makkabi” arasında oyunlar iyulun 25-də və avqustun 1-də baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin