“Sabah”ın rəqibi yeni qapıçı transfer etdi

“Sabah”ın UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində rəqibi olan Sloveniyanın “Çelye” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Klub qapıçı Jan-Lyuk Lebanla anlaşıb. 22 yaşlı sloveniyalı qolkiperin müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.

Komandalar arasında ilk oyun iyulun 10-da “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək. Cavab görüşü iyulun 17-də, saat 22:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button