“Sabah”ın rəqibi yarımmüdafiəçi transfer edib

“Sabah”ın UEFA Avropa Liqasının ilk təsnifat mərhələsindəki rəqibi “Çelye” (Sloveniya) yarımmüdafiəçi transfer edib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Darko Hrka ilə müddəti 2027-ci ilə qədər olan müqavilə imzalanıb.

“Nafta”dan (Sloveniya) transfer olunan 25 yaşlı futbolçu ötən mövsüm bütün yarışlarda 37 oyun keçirib.

“Sabah” və “Çelye” arasında ilk oyun iyulun 10-da “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək. Cavab matçı iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button