“Sabah”ın rəqibi Olimpiadaya hazırlaşan komandanı məğlub etdi

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sabah”ın rəqibi olan İsrailin “Makkabi” (Hayfa) komandası yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Barak Baxarın komandası Paris Yay Olimpiya Oyunlarında İsraili təmsil edəcək yığma komanda ilə qarşılaşıb. Oyun “Makkabi”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bundan əvvəl İspaniyadakı təlim-məşq toplanışı zamanı israillilər Andorranın iki təmsilçisini – “Atletik” və “İnter”i eyni hesabla (3:1) məğlub etmişdilər.

“Sabah” “Makkabi”yə qarşı ilk oyununu iyulun 25-də Macarıstanda, cavab görüşünü isə bir həftə sonra Bakıda keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button