
“Sabah”ın rəqibi futbolçusu ilə müqavilə müddətini uzadıb
“Sabah”ın UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində rəqibi olan “Çelye” klubu futbolçusu Nikita Yusifovla müqavilənin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə Sloveniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Anlaşmaya əsasən, 24 yaşlı rusiyalı vinger 2026-cı ilin yayınadək komandanın formasını geyinəcək.
“Sabah” və “Çelye” arasında ilk oyun iyulun 10-da “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək. Cavab görüşü iyulun 17-də, saat 22:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin