“Sabah”ın prezidenti Azərbaycan millisinin keçmiş futbolçusu ilə görüşdü

“Sabah” klubunun prezidenti Maqsud Adıgözəlov Serbiyanın paytaxtı Belqradda Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiçlə görüşüb.

Komanda.az paytaxt təmsilçisinin rəsmi “feysbuk” səhifəsinə istinadən xəbər verir ki, sabiq hücumçuya komandanın 10 nömrəli forması hədiyyə edilib.

Subaşiç “Partizan”a qarşı UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda “Sabah”a uğurlar arzulayıb.

Oyun bu gün, saat 23:00-da başlayacaq. İlk görüşdə “Sabah” 2:0 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button