“Sabah”ın planı dəyişdi

Sloveniyada təlim-məşq toplanışında olan “Sabah”ın hazırlıq planında dəyişiklik olub.

Komanda.az kluba istinadən xəbər verir ki, “Sabah” iyulun 18-də, Sloveniya toplanışını başa vurduqdan sonra əvvəlcədən nəzərdə tutulduğu kimi Bakıya yox, “Makkabi” (Hayfa) ilə Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununun keçiriləcəyi Macarıstana yola düşəcək.

“Sabah” oyuna kimi Budapeşt şəhərində məskunlaşacaq.

“Sabah”la “Makkabi” arasındakı ilk oyun iyulun 25-də Macarıstanda olacaq. Cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button