“Sabah”ın planı dəyişdi
Sloveniyada təlim-məşq toplanışında olan “Sabah”ın hazırlıq planında dəyişiklik olub.
Komanda.az kluba istinadən xəbər verir ki, “Sabah” iyulun 18-də, Sloveniya toplanışını başa vurduqdan sonra əvvəlcədən nəzərdə tutulduğu kimi Bakıya yox, “Makkabi” (Hayfa) ilə Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununun keçiriləcəyi Macarıstana yola düşəcək.
“Sabah” oyuna kimi Budapeşt şəhərində məskunlaşacaq.
“Sabah”la “Makkabi” arasındakı ilk oyun iyulun 25-də Macarıstanda olacaq. Cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin