“Sabah”ın “Partizan”la səfər matçının da vaxtı və hakimləri bəlli oldu

Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək Serbiyanın “Partizan” komandası ilə “Sabah” arasında keçiriləcək cavab matçının vaxtı və hakimləri müəyyənləşib.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu komandaların ikinci qarşılaşması avqustun 17-də Belqraddakı “Partizan” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

UEFA bu oyunu Polşadan olan hakimlərə tapşırıb. Qarşılaşmanın baş hakimi Bartoş Frankovskiyə yan xətt hakimləri Marçin Bonek və Yakub Vinkler kömək edəcəklər. Ehtiyat hakim Patrik Qritskeviç olacaq.

Bu komandalar arasındakı ilk görüş avqustun 10-da Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək və saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button