
“Sabah”ın oyununda Masazır stadionu qaranlığa qərq oldu
Premyer Liqanın 6-cı turunun “Sabah” – “Sumqayıt” oyununda stadionun işıqları sönüb.
Komanda.az xəbər verir ki, 29-cu dəqiqədə Masazır arenası qaranlığa qərq olub.
Hazırda hələ də problem həllini tapmayıb. Matçın davam etdirilib-etdirilməyəcəyi hələ bilinmir. Baş hakim Əliyar Ağayev komandaları paltardəyişmə otağına göndərib.
Həmin dəqiqəyə qədər “Sabah” 1:0 hesabıyla öndə olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



