
“Sabah”ın oyununa 5 min bilet satılıb
“Sabah”ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Petrokub”la (Moldova) cavab matçına satılan biletlərin sayı açıqlanıb.
Komanda.az Bakı klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 5000 bilet sahibini tapıb.
“Sabah” – “Petrokub” görüşü iyulun 31-də, saat 20:00-da Masazırdakı “Bank Respublika Arena”da start götürəcək. Komandalar arasında ilk görüşdə Azərbaycan klubu qələbə qazanıb – 2:0.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin