“Sabah”ın məşqçisi 2 oyunluq cəzalanıb

“Sabah” klubunun məşqçisi Saşa Sablyak biri şərti olmaqla iki oyunluq cəzalanıb.

Komanda.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin növbəti iclasında qərar qəbul olunub.

Məşqçi Premyer Liqanın 10-cu turunda “Zirə” – “Sabah” görüşünün 45+4-cü dəqiqəsində oyunun bərpasını ləngitdiyinə görə cəzalanıb. Onun şərti cəzası üçün 3 ay sınaq müddəti təyin edilib. Sablyakın bu hərəkətinə görə “Sabah” klubu 1000 manat cərimələnib.

İntizam Komitəsi “Neftçi”ni də cərimələyib. 10-cu turun “Səbail” ev oyununun 81-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Edvin Kuç rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 1000 manat cərimələnib. “Neftçi” həmçinin, matçın fasiləsində meydana kənar şəxs daxil olduğuna görə 800 manat cərimə olunub.

10-cu turun “Sumqayıt” – “Turan Tovuz” oyununun 2-ci hissəsində qonaqlar meydana gec çıxdığına görə matç gec başladığı üçün 1500 manat cərimələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button