“Sabah”ın Moldovaya nə vaxt yollanacağı bilindi

“Sabah”ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Petrokub”la oyun üçün Moldovaya yollanacağı tarix müəyyənləşib.

Bu barədə Komanda.az-a klubun mətbuat xidmətindən məlumat verilib.

Komanda Moldovaya iyulun 23-də, gecə saatlarında yola düşəcək.

Baş məşqçi Valdas Dambrauskasın oyunöncəsi mətbuat konfransı yerli vaxtla saat 18:30-da, komandanın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə 19:00-da start götürəcək.

Paytaxt təmsilçisibu səfərdə dəstəkləyəcək azarkeş sayı hələ dəqiqləşməyib.

“Petrokub” – “Sabah” matçı iyulun 24-də Kişineudakı “Zimbru” stadionunda, saat 21:00-da start götürəcək. Tərəflər arasında cavab qarşılaşması iyulun 31-də “Bank Respublika Arena”da, saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button