“Sabah”ın Madridə gedənləri bəlli oldu
“Sabah”ın üzvlərinin bu il 7-ci dəfə təşkil olunacaq “Dostluq üçün futbol” (Football for Friendship) sosial layihəsində iştirak edəcəyi barədə məlumat vermişdik.
Komanda.az kluba istinadən xəbər verir ki, artıq “Sabah”ın layihədə kimlərlə təmsil olunacağı bəlli olub. Belə ki, “Sabah” Madriddə baş tutacaq yarışda U-12 komandasının futbolçuları Ayxan Əlizadə, Babamirzə Mehdiyev və baş məşqçisi Samir Əbdürəhmanovla təmsil olunacaq.
Bundan əlavə, Azərbaycandan bu yarışa futbolçu Fatimə Məhərrəmli və gənc jurnalist Timur Jeltenkov da qatılacaq.
“Dostluq üçün futbol” layihəsinin Azərbaycan qrupunun
rəhbəri Rüstəm Əzimovdur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin