“Sabah”ın “Levski” ilə matçda zədələnən hücumçusunun durumuna aydınlıq gəlib

“Sabah” UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda dünən Bolqarıstanın “Levski” klubu ilə qarşılaşıb.

Səfərdə 0:1 hesabı ilə məğlub “bayquşlar”ın slovakiyalı hücumçusu Pavol Şafranko oyunun 74-cü dəqiqəsində zədələnərək, meydanı vaxtından əvvəl tərk etməli olub. Komandanın aparıcı futbolçusu yerini Neqoş Kupusoviçə verib.

Masazır təmsilçisinin mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, Şafrankonun zədəsi çox da ciddi deyil və növbəti oyuna kimi hazır ola bilər.

Tərəflər arasında cavab qarşılaşması avqustun 14-də, Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button