“Sabah”ın legionerləri üçün ilk
Futbol üzrə Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, “Sabah” bu turda səfərdə “Səbail”i 2:0 hesabıyla məğlub edib.
“ASCO Arena”da keçirilən matç bu komandanın futbolçuları Boyan Letiç və Lukas Rangel üçün əlamətdar olub. Belə ki, hər iki oyunçu “Sabah”da ilk qollarını vurublar.
Boyan buna komandada 9-cu, Lukas isə 6-cı oyununda nail olub.
Letiç “Səbail”lə oyunun 15-ci dəqiqəsində komandasını hesabda önə keçirib, Rangel isə görüşün 37-ci dəqiqəsində fərqlənərək matçda son nöqtəni qoyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin