“Sabah”ın legionerinə milli dəvət
“Sabah”ın yarımmüdafiəçisi Jarl Marqarita Kurasao yığmasına dəvət alıb.
Komanda.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Kurasao millisi KONKAKAF Millətlər Liqası çərçivəsində sentyabrın 8-də Trinidad və Tobaqo, sentyabrın 11-də isə Martinika yığması ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin