“Sabah”ın keçmiş hücumçusu Serbiya klubunda

Keçən ilin oktyabr ayında “Sabah”dan ayılan Petar Şkuletiçin yeni klubu müəyyənləşib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı serbiyalı hücumçu karyerasını ölkəsinin Superliqa təmsilçisi “Baçka Topola”da davam etdirəcək.

Şkuletiç ötən ilin sentyabrında “Sabah”a transfer olunmuşdu. O, şəxsi məsələlər səbəbindən bir ay sonra klubla müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button