“Sabah”ın keçmiş baş məşqçisi Rusiya klubu ilə yeni müqavilə bağlayıb

“Sabah”ın keçmiş baş məşqçisi Murad Musayev Rusiyanın “Krasnodar” klubu ilə müqavilə müddətini uzadıb.

Komanda.az xəbər verir ki, 40 yaşlı mütəxəssis daha iki il “yaşıl-qaralar”ı çalışdıracaq.

Musayev “Sabah”dan ayrılandan sonra, 2024-cü ilin əvvəlində “Krasnodar”ın baş məşqçisi vəzifəsinə təyin olunub. O, 2018-2021-ci illər aralığında da Rusiya klubunun uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button