“Sabah”ın istədiyi hücumçu Rusiyada ilin futbolçusu seçildi
“Ufa”nın hücumçusu Həmid Ağalarov Rusiya Premyer Liqasında 2021/22 mövsümünün ən yaxşı gənc oyunçusu seçilib.
Komanda.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.
Səsvermədə 131 xal toplayan 21 yaşlı hücumçu birinci olub. “Dinamo”nun yarımmüdafiəçisi Arsen Zaxaryan qalibdən 5 xal geri qalıb. Üçüncü yeri isə 46 xalla “Krasnodar”ın futbolçusu Eduard Spertsyan tutub.
2021/22 mövsümündə RPL-də 29 oyun keçirən Ağalarov 19 qol vurub və bu göstərici ilə çempionatın bombardiri olub. Rusiya mətbuatı bir müddət öncə Həmid Ağalarovun “Sabah”ın maraq dairəsinə düşdüyü barədə xəbərlər yaymışdı. Lakin paytaxt klubunun baş məşqçisi Murad Musayev ölkəsinin mətbuatına açıqlamasında bu xəbəri nə təkzib, nə də təsdiq etmişdi.
Bizi Facebook-da izləyin