
“Sabah”ın inzibatçısı 6 oyunluq cəzalandırılıb
AFFA “Sabah” klubunun inzibatçısı Aslan Surxayzadəni 6 oyunluq cəzalandırıb.
Komanda.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul edilib.
Buna klub rəsmisinin Gənclər Liqasında keçirilən “Sabah” – “Qarabağ” görüşündə rəqibi vurması səbəb olub.
Aslan Surxayzadə 3-ü şərti olmaqla 6 oyunluq cəzalandırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin