
“Sabah”ın hücumçusunun qabırğası əzilib
“Sabah”ın futbolçusu Coy-Lens Mikelsin qabırğası əzilib.
Bu barədə Komanda.az-a klubun mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Premyer Liqasının 7-ci turunda “Karvan-Yevlax”la oyunda zədə alan hücumçu tam tibbi müayinədən keçib.
Müayinənin nəticələrinə əsasən, Mikelsin daxili orqanlarında hər hansı ciddi zədə və ya daxili qanaxma halı aşkarlanmayıb.
Həkimlərin rəyinə əsasən, futbolçuya qabırğa əzilməsi diaqnozu qoyulub. Mikelsin bərpa müddəti növbəti günlərdə müəyyən ediləcək.
Mikels matçın sonlarında rəqib qapıçı Kamran İbrahimovla toqquşduqdan sonra xəstəxanaya aparılıb. Qarşılaşma “Sabah”ın qələbəsi ilə yekunlaşıb – 2:0.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


