“Sabah”ın hücumçusu üçün əlamətdar matç

“Sabah” Misli Premyer Liqasının 3-cü turunda “Neftçi” ilə qarşılaşıb.

Komanda.az xəbər verir ki, “Bank Respublika Arena”da baş tutan və “Sabah”ının 2:1 hesablı qələbəsi ilə nəticələnən matç bu komandanın hücumçusu Emmanuel Apeh üçün əlamətdar olub.

Nigeriyalı futbolçu matçın əsas vaxtına əlavə edilmiş 1-ci dəqiqədə özünün qazandığı penaltini qola çevirməklə, həm komandasına 3 xal qazandırıb, həm də “Sabah”da qol hesabını açıb. Apeh buna 3-cü rəsmi oyununda nail olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button