“Sabah”ın hücumçusu karyerasını bitirir – açıqlama
“Sabah”ın hücumçusu Marko Deviç karyerası ilə bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, “Futbol1” telekanalına danışan ukraynalı futbolçu, karyerasını başa vurmaq qərarına gəldiyini bildirib:
“Cari mövsümün sonunda “Sabah”la müqaviləmin müddəti bitdiyi üçün karyeramı bitirəcəm. Artıq özümü peşəkar futbolçular arasında görmürəm.
Vida matçı haqqında düşünməmişəm. Vida oyunumu Xarkovda keçirmək istəyərdim, amma yəqin ki, bu, mümkün olmayacaq. Bəlkə də, vida oyunu vacib deyil, çünki futbolda çox şey bacardım. Xüsusilə, Xarkovda azarkeşləri məmnun etməyi bacardım”.
Deviç, karyerasını bitirdikdən sonrakı planları haqqında da danışıb:
“Bu barədə qeyri-müəyyənlik var. Məşqçi və ya futbol meneceri olmağım mümkündür. Bu iki iş ağlımdadır”.
Bizi Facebook-da izləyin