“Sabah”ın futbolçusunun əzələsində yırtıq aşkarlandı
Azərbaycan Premyer Liqasının 19-cu turunda “Qarabağ”la matçda zədələnən “Sabah”ın futbolçusu Bəxtiyar Həsənalızadənin vəziyyətinə aydınlıq gəlib.
“Sabah”ın mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, Həsənalızadənin qabırğalararası əzələsində kiçik yırtıq aşkarlanıb.
O, 20-ci turun “Səbail”lə qarşılaşmasında iştirak edə bilməyəcək.
Həsənalızadə “Qarabağ”ın futbolçusu Filip Ozobiçlə toqquşmadan sonra əvəzlənməli olmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin