“Sabah”ın legioneri millinin heyətindən çıxarıldı
“Sabah”ın futbolçusu Yevgeni Koçuk Moldova milli komandasının heyətindən çıxarılıb.
Komanda.az xəbər verir ki, bu barədə Moldova Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Koçuk, zədə səbəbindən yığmanın sabah Kosovoyla qarşılaşacağı oyunun heyətindən çıxarılıb. Moldovada Koçukla yanaşı, Aleksandr Osipov da zədəli olduğu üçün sabahkı oyunu buraxacaq.
Sabah keçiriləcək Kosovo – Moldova matçı saat 23:45-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin