“Sabah”ın futbolçusu Ukrayna millisinə çağırılıb
“Sabah” klubunun yeni transferi Aleksey Kaşuk 21 yaşadək futbolçulardan ibarət Ukrayna millisinə çağırılıb.
Komanda.az xəbər verir ki, baş məşqçi Ruslan Rotan Slovakiya ilə 2023-cü il Avropa çempionatının pley-off matçları üçün 22 yaşlı yarımmüdafiəçiyə də dəvət göndərib. Amma Kaşuk B siyahısı üçün sifariş olunub.
Ukrayna və Slovakiya arasında qarşılaşmalar sentyabrın 23-də və 27-də oynanılacaq. “Minay”ın formasını geyinən azərbaycanlı yarımmüdafiəçi Eldar Quliyev də yığmaya çağırılanlar arasındadır. Kaşukdan fərqli olaraq, Quliyev əsas siyahıdadır.
“Sabah” Aleksey Kaşuku Ukraynanın “Şaxtyor” (Donetsk) klubundan cari mövsümün sonunadək icarəyə götürüb. Futbolçu ötən mövsüm də Bakı klubunda çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin