“Sabah”ın futbolçusu Ukrayna millisinə çağırıldı
“Sabah”ın futbolçusu Aleksey Kaşuk Ukraynanın 21 yaşadək futbolçulardan ibarət milli komandasına dəvət alıb.
Komanda.az yerli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi noyabrın 19-da İsrail, noyabrın 21-də Gürcüstanla yoldaşlıq matçları üçün heyətdə yer alacaq.
Yığmanın 15-22 noyabrda Gürcüstanda təlim-məşq toplanışı planlaşdırılır.
Ukraynanın U-21 yığması 2023-cü ildə Avropa çempionatının final mərhələsində çıxış edəcək. Komanda B qrupunda Rumıniya, İspaniya və Xorvatiya ilə mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin