“Sabah”ın futbolçusu Ukrayna millisinə çağırıldı
“Sabah” klubunun futbolçusu Aleksey Kaşuk 21 yaşadək oyunçulardan ibarət Ukrayna millisinə dəvət alıb.
Komanda.az xəbər verir ki, Ukrayna millisinin baş məşqçi Ruslan Rotan növbəti dəfə yarımmüdafiəçini yığmaya çağırıb.
Kaşuk Danimarka və İtaliyanın U-21 yığmalarına qarşı keçiriləcək yoldaşlıq görüşlərində heyətdə olacaq.
Ukrayna millisi martın 24-də Danimarka, 7-də isə İtaliya ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin