“Sabah”ın futbolçusu rəsmən “Səbail”də
“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, paytaxt klubu Premyer Liqanın digər təmsilçisi “Sabah”dan Arsen Ağcabəyovu icarəyə götürüb.
Bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb. 20 yaşlı müdafiəçi ilə 2020/2021 mövsümünün sonunadək icarə müqaviləsi imzalanıb.
Ağcabəyov həm də Azərbaycanın U-21 yığmasının üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin