“Sabah”ın futbolçusu Türkiyə klubu ilə razılaşdı
“Sabah”ın futbolçusu Ozan Can Kökçü karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Komanda.az xəbər verir ki, 22 yaşlı futbolçu 1-ci liqa təmsilçisi “Eyüpspor”la şəxsi razılıq əldə edib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Ozan “Sabah”la müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv etdikdən sonra İstanbul təmsilçisi ilə sözləşmə imzalayacaq.
2019-cu ildən “Sabah”da çıxış edən yarımmüdafiəçi ötən mövsümü icarə əsasında Niderlandın “Telstar” klubunda keçirib. Ozan Ereste diviziyasında 18 oyunda 2 qol vurub.
Ozanın “Sabah”la müqaviləsi 2023-cü ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin