“Sabah”ın futbolçusu milliyə çağırıldı

“Sabah”ın yarımmüdafiəçisi Umarali Rahmonaliyev Özbəkistanın U-23 millisinə dəvət alıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda.az xəbər verir ki, 22 yaşlı futbolçunun adı Özbəkistan millisinin U-23 Asiya Kubokunun seçmə mərhələsi çərçivəsində keçiriləcək Qırğızıstan, Şri Lanka və Fələstin yığmaları ilə matçlar üçün açıqlanmış heyətə daxil edilib.

Özbəkistan U-23 yığması Şri Lanka ilə sentyabrın 3-də, Qırğızıstanla sentyabrın 6-da, Fələstinlə isə sentyabrın 9-da qarşılaşacaq.

Rahmonaliyev bu ilin yanvar ayından “Sabah”ın formasını geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button