“Sabah”ın futbolçusu millidən uzaqlaşdırıldı
Bakıda təlim-məşq toplanışı keçirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Sabah”dan dəvət edilən Vüsal Qəmbərov zədə səbəbindən hazırlıq prosesindən kənarlaşdırılıb.
Qəmbərovun əvəzində “Sumqayıt”dan Tural Haqverdiyev toplanışa dəvət olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin